AZ

Norveç şahzadəsi qadınları zorladı, həbs edildi

Zorlama ittihamı ilə üzləşən Marius Borq Höybi martın 2-dək istintaq təcridxanasında saxlanılacaq...

Norveç vəliəhd şahzadəsi Mette-Maritin böyük oğlu Marius Borq Höybi barəsində məhkəmənin qərarı ilə martın 2-dək ilkin həbs qətimkan tədbiri seçilib.

Poliqon xəbər verir ki, bu barədə Norveçin Dagbladet qəzeti məlumat yayıb. Məlumata görə, Höybi ilə bağlı məhkəmə prosesi fevralın 3-nə təyin olunub.

İstintaq materiallarında Marius Borq Höybiyə qarşı bir neçə maddə üzrə ittiham irəli sürüldüyü bildirilir. Onların sırasında fiziki xəsarət yetirmə, bıçaqla hədələmə və cinsi zorakılıq iddiaları yer alır. Son ittihamlar əvvəllər də onunla bağlı şikayətçi qismində çıxış etmiş qadınla əlaqəlidir. Həmin qadın üzrə işdə Höybi artıq bir neçə cinayət epizodu, o cümlədən seksual zorakılıq faktı ilə ittiham olunur.

Daha əvvəl açıqlanan rəsmi məlumatlarda qeyd olunub ki, vəliəhd şahzadə Hokona ögey olan Marius Borq Höybiyə qarşı irəli sürülən əsas ittihamlardan biri huşsuz vəziyyətdə olan və ya başqa səbəblərdən müqavimət göstərə bilməyən şəxslə cinsi əlaqədə olmaqdır. İttihamların elan edilməsindən sonra Höybi özünü təqsirli bilmədiyini bəyan edib. Qeyd edilir ki, onun bundan əvvəl də hüquq-mühafizə orqanları ilə problemləri olub.

İstintaqın məlumatına görə, Höybi sonuncu dəfə saxlanılarkən avtomobildə olub və yanında başqa bir iş üzrə zərərçəkmiş qadın da olub. Həmin iş üzrə o, 2024-cü ilin avqustunda da saxlanılmışdı. O vaxt yerli media zərərçəkmişin yataq otağının divarına bıçaq sancıldığı, Höybiyin qanında isə müxtəlif narkotik maddələrin izlərinin aşkarlandığı barədə yazmışdı. Hadisədən təxminən 10 gün sonra Norveç vəliəhd şahzadəsinin oğlu həmin epizod üzrə günahını etiraf etmiş və ictimai şəkildə üzr istəmişdi.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr