ain.az, Fanat portalına istinadən məlumat yayır.
İtaliyanın "Roma" klubunda uğursuz çıxış edən müdafiəçi Abubakar Sanqare İspaniyaya qayıdacaq.
Fanat.Az xəbər verir ki, İtaliya klubunun rəhbərliyi oyunçunu İspaniyanın "Elçe" klubuna icarəyə verməklə ondan pul qazanmaq qərarına gəlib.
"Roma"ya keçməzdən əvvəl Sanqare "Levante" klubunda oynayıb.
Paytaxt klubu Brayan Saraqosanı "Selta"dan aldıqdan sonra Sanqare Can Pyero Qasperininin planlarına daxil edilməyib.
Onun "Elçe"yə keçidinin maliyyə təfərrüatları məlum deyil.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.