Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Aparıcı Ülvira Qarayeva telekanallara nəzarətin gücləndirildiyini bildirib.
Axşam.az xəbər verir ki, sosial şəbəkədə canlı yayıma girən aparıcı hər sözə diqqət edildiyini qeyd edib. O bildirib ki, Audioviziual Şura bununla bağlı ciddi işlər görür:
"Kanallara nəzarət güclüdür. Ən əsas da sonuncu iclasdan sonra. Televiziyaları qoşublar süni intellektə. Qadını aşağılayan ifadələr, kişi-qadın müzakirəsi, rus, türk sözləri hamısı yoxlanılır. Audioviziual Şura bir qrup ayırıb və onlar nəzrət edir. Bəzən qonaq elə ifadə işlədir ki... Biz nə edək qonaqdır. Çox ciddidirlər. Sonuncu iclasdan sonra "mama, papa, okay, konum" sözləri də qadağan edilib".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.