AZ

İlon Maskın şirkətləri birləşdi: Süni intellekt kosmosa çıxır

İlon Maskın nəhəng şirkətləri birləşir.

İnterpress.az xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask məlumat yayıb.

Milyarder İlon Mask özünün süni intellekt sahəsində fəaliyyət göstərən “xAI” startapının kosmik texnologiyalar nəhəngi “SpaceX” şirkəti ilə birləşdiyini elan edib. Bu addım hər iki şirkətin resurslarının daha səmərəli istifadəsinə xidmət edəcək.

İlon Mask bu birləşmənin əsas strateji hədəfinin Yer kürəsinin orbitində kosmik məlumat emalı mərkəzlərinin (data mərkəzləri) yaradılması olduğunu bildirib. Bu layihə çərçivəsində süni intellekt texnologiyalarının birbaşa kosmosda tətbiqi və məlumatların yüksək sürətlə ötürülməsi infrastrukturunun qurulması planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr