Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 6-da, paytaxtın Moskva prospektində qeydə alınıb. Belə ki, 01-CP-114 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü görüntünü qeydə alan avtomobilin qarşısına keçərək təhlükəli vəziyyət yaradıb. Bundan qəzəbilşən sürücü irad bildirən zaman, həmin sürücü bəhanə etməyə başlayıb. O, "dönmə işığını sola yandırmısansa məni buraxıb getməlisən" deyərək özünə haqq qazandırmağa başlayıb. Lakin görüntünü qeydə alan sürücü zolağını sola dəyişmək fikrində olmadığını və dönmə işığını yandırmadığını bildirib. Videodan aydın şəkildə görünür ki, soldakı sürücü dönmə işığını sağa yandırıb. Qeyd edək ki, ikisi də eyni anda, yəni, biri sola biri sağa manevr etsələr belə, onda soldakı sürücü sağına yol verməlidir. Bu müddəa qanunvericilikdə də öz əksini tapıb.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin V hissəsində qeyd olunub ki, eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.
Fərid
Oxunub 226
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.