AZ

İlon Mask “SpaceX” və “xAI”nin birləşdiyini elan edib

Amerikalı iş adamı İlon Mask süni intellekt sahəsindəki startapı “xAI”nin “SpaceX” tərəfindən satın alınması üzrə razılaşmanın tamamlandığını açıqlayıb.

“Yer üzündə (və onun hüdudlarından kənarda) ən iddialı, şaquli inteqrasiya olunmuş innovasiya mühərrikini yaratmaq üçün SpaceX xAI-ni əldə etdi”, — deyə Maskın “SpaceX”in saytında dərc olunmuş bəyanatında bildirilir.

Razılaşmanın şərtləri açıqlanmır, lakin “The Wall Street Journal” mənbələrinin məlumatına görə, birləşmiş şirkətin dəyəri 1,25 trilyon dollar qiymətləndirilir. Sövdələşmə səhmlərin mübadiləsi formasında qurulub: “xAI”dəki paylar 0,1433 nisbətində “SpaceX” səhmlərinə çevrilir. Daha əvvəl “SpaceX” və “Tesla” “xAI”yə hər biri 2 milyard dollar investisiya yatırmışdı.

İlon Mask birləşmənin əsas strateji məqsədi kimi orbitdə kosmik məlumat emalı mərkəzlərinin yaradılmasını göstərir. Daha əvvəl yayımlanmış “xAI” press-relizində izah olunur ki, süni intellekt üçün yerüstü data mərkəzləri artan enerji tələbatını ekologiya və infrastruktur üçün ciddi nəticələr olmadan artıq qarşılaya bilməyəcək. Həll yolu kimi hesablama güclərinin günəş enerjisindən istifadə etməklə kosmosa çıxarılması göstərilir.

Seçilən
15
banker.az

1Mənbələr