AZ

“TürkAxını” Avropaya qaz nəqlində yeni rekord qırdı

Yazını böyüt
Yazını kiçilt

Rusiya təbii qazını Qara dənizdən Türkiyəyə və daha sonra Cənubi Avropaya daşıyan “TürkAxını” Avropa xəttində çatdırılma 2026-cı ilin yanvar ayında yeni rekorda çatıb. Avropa qazötürmə operatorlarının məlumatlarına görə, ay ərzində boru kəməri vasitəsilə 1,73 milyard kubmetr qaz vurulub. Bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artım deməkdir.

Hafta.az yazır ki, yanvarda boru kəmərinin tutumdan istifadə nisbəti orta hesabla 98,4 faiz təşkil edib. Ayın təxminən yarısı ərzində boru kəməri 100 faizlik tutumla işləyib. Avropanın sərt qış şəraiti idxal edən ölkələrin xarici mənbələrdən qaz alışlarını maksimum dərəcədə artırmasında həlledici amil olub.

2025-ci ildən etibarən Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılması Avropanın enerji balansını daha da çətinləşdirib. Bu dövrdə Avropa ölkələri təkcə öz istehlaklarını deyil, həm də Ukraynadakı bəzi obyektlərin qaz ehtiyaclarını ödəməli olublar.

“TürkAxını” Rusiyadan Türkiyəyə uzanan və Qara dənizin altından keçən ixrac boru kəməri kimi fəaliyyət göstərir. Ümumi illik tutumu 31,5 milyard kubmetr olan boru kəməri hər birinin illik nəql tutumu 15,75 milyard kubmetr olan iki ayrı xəttdən ibarətdir. “TürkAxını” təkcə Türkiyə üçün deyil, həm də Cənubi və Şərqi Avropa üçün mühüm enerji təchizatı kanalı olaraq qalmaqdadır.

Seçilən
17
hafta.az

1Mənbələr