AZ

Almanlar daha az pivə içməyə başlayıblar – Almaniyada satışlar rekord aşağı səviyyəyə düşüb

Almanlar daha az pivə içməyə başlayıblar – Almaniyada satışlar rekord aşağı səviyyəyə düşüb. Bu göstərici son 10 il ərzində tədricən aşağı enir.

Marja xəbə verir ki, 2025-ci ildə 7,8 milyard litr köpüklü pivə satılıb – bu, 1993-cü ildən, yəni statistika aparılmağa başlayandan bəri ən aşağı həcmdir.

Almanlar sağlamlıqlarına daha çox diqqət yetirdikləri üçün daha az pivə içirlər.

“Almaniyanın pivə zavodları kütləvi iflas təhlükəsi ilə üzləşib”, - Oettinger şirkətinin rəhbəri Ştefan Blaşak bildirib.

Hazırda Almaniyada pivə istehsalının həcmi 80 milyon hektolitrdir. Bazar iştirakçılarından bəziləri proqnozlaşdırır ki, beş ildən sonra bu göstərici 65 milyon hektolitrə düşəcək.

O qeyd edib ki, demək olar ki, hər gün kiçik müəssisələrin iflası baş verir və bunun böyük şirkətlərə də təsir edəcəyini ehtimal edir.

Ümumilikdə bu tendensiya ölkədə pivə istehlakının davamlı azalması ilə bağlıdır - Almaniyada əvvəlki nəsillərin yerini "öz sağlamlığına daha çox diqqət yetirən" yeni nəsil əvəz edir.

almaniyapivəsatışlarazalmaistehlakrekordstatistikasağlamlıqiflaszavodlaroettingerbləşakistehsalhektolitrproqnozbazariqtisadiyyattendensiyanəsilhəyattərzi
Seçilən
20
4
marja.az

5Mənbələr