Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəGöyçay şəhəri, Atatürk prospektində yerləşən yaşayış binasındayanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay RayonYanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlərsayəsində beşmərtəbəli yaşayış binasının zirzəmisində baş vermişyanğın genişlənməsinə, həmçinin mənzillərə yayılmasına imkanverilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın zirzəmi hissəsində 5kv.m. sahədəsüngər tullantıları yanıb. Tüstünün təsirinə məruz qalmış mənzildən2 nəfər təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.