Rəsmi Kiyev İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.
Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə öz "Telegram" kanalında açıqlama verib.
"Ukrayna hakimiyyəti artıq bu təşkilatı terrorçu kimi tanıyıb, bizim üçün bu məsələ bağlanıb", - Prezident yazıb.
V.Zelenski vurğulayıb ki, Ukrayna hakimiyyəti artıq müvafiq qərarı verib, Avropa İttifaqı isə hələ də SEPAH-ı terror təşkilat elan etmək prosesindədir.
Onun sözlərinə görə, İran rejimi regionda və dünyada müharibənin və zorakılığın yayılmasına səbəb olub.