Adı “Fənərbaxça” ilə hallanan “Atalanta”nın futbolçusu Ademola Lukmanın “Atletiko Madrid”ə transferinin detalları məlum olub. Metbuat.az xəbər verir ki, “Atletiko Madrid” futbolçu üçün 35 milyon avro ödəyib. Futbolçu yeni klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb. İddialara görə, futbolçu bundan əvvəl “Fənərbaxça”ya transfer olmağa etiraz etməyib. “Fənərbaxça” “Atalanta”ya 25 milyon avro ilkin ödəniş olmaqla 35 milyon avro və 3 milyon avro bonuslar təklif edib. “Fənərbaxça” futbolçuya 12 milyon avro təklif edib. Ademola Lukmanın “Atletiko Madrid”də isə 6 milyon avro alacağı iddia edilib.