AZ

İtaliya prezidentindən "Olimpiya barışığı"na çağırış

İtaliya prezidentindən "Olimpiya barışığı"na çağırış

İtaliya Prezidenti Serxio Mattarella Milan və Kortina-d'Ampetso şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunları zamanı "Olimpiya barışığı" elan edilməsi ilə bağlı çağırış edib.

AFN.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 145-ci sessiyasında çıxış edən prezident idmanın birləşdirici gücünə diqqət çəkib. "Qoy idmanın silahsız gücü silahları susdurmağa məcbur etsin", — deyən Mattarella məşhur hüquq müdafiəçisi Martin Lüter Kinqdən sitat gətirib: "Biz dünyada görmək istədiyimiz sülhün özü olmaloyiıq". İtaliya liderinin sözlərinə görə, Olimpiada hazırkı çətin və gərgin dövrdə bütün bəşəriyyətə mühüm mesaj göndərən möhtəşəm qlobal hadisədir.

Qeyd edək ki, İtaliyadakı Qış Olimpiya Oyunları fevralın 6-dan 22-nə qədər davam edəcək.

Seçilən
18
afn.az

1Mənbələr