AZ

Qızıl, itkilərin bir hissəsini geri alaraq yenidən bahalaşıb

Qızıl, rekordların ardınca qəfil ucuzlaşmadan sonra yaşadığı itkilərin bir hissəsini geri alaraq bahalaşıb. Gümüş də dəyər qazanıb.

Marja xəbər verir ki, qızıl əvvəlki sessiyada 5% dəyər itirdikdən sonra 3,2% bahalaşaraq 4808,76 dollara yüksəlib (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat). Gümüşün qiyməti isə bazar ertəsi günü 7% ucuzlaşdıqdan sonra 8,1%-ə qədər dəyər qazanaraq unsiyası 85 dolları görüb.

Qiymətli metallar ötən ay, təcrübəli investorları belə təəccübləndirən sürətli bir yüksəlişlə rekord səviyyələrə qalxmışdı. İnvestorlar geosiyasi çalxantılarla bağlı artan narahatlıqlar, valyutaların dəyərdən düşməsi və ABŞ Mərkəzi Bankının müstəqilliyinə dair təhdidlər səbəbilə qızıl və gümüşə yönəlmişdi. Çinli spekulyatorlardan gələn güclü alışlar "rallini" daha da gücləndirmiş, lakin ABŞ dollarının toparlanması (yenidən bahalaşması) ilə bu tendensiya cümə günü tərsinə dönmüşdü.

Çinli investorların qiymət enişlərini alış fürsəti kimi görüb-görməyəcəyi bazarın istiqamətinin müəyyənləşməsində mühüm rol oynayacaq. Həftəsonu, Ay Yeni İli öncəsində qızıl zinət əşyaları və külçə almaq istəyən alıcılar Shenzhen-də ölkənin ən böyük qiymətli metallar bazarına axın edib. Çin bazarları tətillər səbəbilə 16 fevraldan etibarən bir həftədən artıq müddətə bağlı olacaq. Ölkənin iri dövlət bankaları isə oynaq­lığı idarə etmək məqsədilə qızıl investisiyalarına dair nəzarətləri sərtləşdirir.

Bir sıra bankalar qızılın yenidən bahalaşacağını hözləyirlər. Deutsche Bank AG bazar ertəsi yayımladığı məlumatda, qızılın unsiyasının 6000 dollara yüksələcəyi ilə bağlı proqnozunu saxladığını bildirib. UBS də 2026-cı ilijn ortalarında qızılın unsiyasının qiymətinin 6200 dollara yüksələcəyini gözləyir.

İnvestorlar, həmçinin ABŞ Prezidenti Donald Trampın yeni bir nüvə razılaşması ilə bağlı İran ilə danışıqların aparılacağını deməsindən sonra İran ətrafındakı hadisələri izləyir. Diplomatik irəliləyiş qızılın təhlükəsiz liman cəlbediciliyini azaldaraq qiymətlər üzərində təzyiq yarada bilər.

ABŞ prezidenti Donald Tramp İrana doğru gedən böyük gəmilərinin olduğunu bildirib və əlavə edib: "İranla razılığa gəlmək istəyirəm. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılığa gələ bilsək, bu, çox yaxşı olardı; əgər nail ola bilməsək, yəqin ki, pis şeylər baş verəcək".

Seçilən
17
1
marja.az

2Mənbələr