AZ

Tramp: Meksika Kubaya neft tədarükünü dayandıracaq...

ABŞ prezidenti Meksikanın Kubaya neft ixracını kəsəcəyini açıqlayıb...

ABŞ prezidenti Donald Tramp Meksikanın Kubaya neft tədarükünü dayandıracağını bildirib. O, bu addımın nə vaxt atılacağını dəqiqləşdirməyib və bu qənaətə gəlməsinin səbəblərini izah etməyib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Agentliyin qeydinə görə, Meksika hakimiyyəti hələlik Trampın açıqlamasına açıq reaksiya verməyib. Bununla belə, Reuters-in mənbələrinin bildirdiyinə əsasən, Meksika hökuməti son bir həftə ərzində Kubaya neft tədarükünün davam etdirilməsinin məqsədəuyğunluğunu yenidən nəzərdən keçirir. Eyni zamanda, fevralın 1-də ölkə prezidenti Klaudiya Şeynbaumun administrasiyası bəyan edib ki, Kuba üçün neft tədarükünü humanitar məqsədlərlə həyata keçirməyə çalışacaq.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp Kubadan qaynaqlanan təhlükə səbəbilə fövqəladə vəziyyət elan edib və adaya neft tədarük edən ölkələrdən idxal olunan mallara əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutan fərman imzalayıb. Məlumata görə, Kuba hazırda ciddi enerji böhranı ilə üz-üzədir və mövcud neft ehtiyatları ölkəyə ən çoxu 20 gün kifayət edə bilər. Bu vəziyyət adada elektrik enerjisi istehsalı, nəqliyyat və sənaye sektorlarında ciddi problemlərin yaranacağı riskini artırır.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr