AZ

Tramp Avropanın hərbi sahədə daim ABŞ-yə arxalanmasından məyus olduğunu bildirib

BAKI, 3 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropanın hərbi təhlükəsizlik məsələlərində davamlı şəkildə ABŞ-yə güvənməsindən çox məyus olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, Donald Trampın sözlərinə görə, Avropa ölkələri öz müdafiə imkanlarını gücləndirməli və bu sahədə daha çox məsuliyyət daşımalıdır. ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton uzun illərdir Avropanın təhlükəsizliyinin təmin edilməsində əsas yükü üzərinə götürüb.

Tramp qeyd edib ki, müttəfiqlər arasında balanslı yük bölgüsü transatlantik münasibətlərin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
23
teleqraf.com

1Mənbələr