AZ

Tramp Kolumbiya Prezidenti ilə görüşəcək

BAKI, 3 fevral. TELEQRAF

Ağ evin rəsmi qrafikinə əsasən, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Kolumbiya Prezidenti Qustavo Petro ilə görüş keçirəcək.

Teleqraf xəbər verir ki, məlumata görə, ABŞ Prezidentinin iş qrafikində tədbir yerli vaxtla saat 11:00-a planlaşdırılıb.

Ağ ev administrasiyasının cədvəlində həmçinin qeyd olunur ki, ABŞ Prezidenti yerli vaxtla saat 14:00-da məzmunu açıqlanmayan bir sıra sənədləri imzalayacaq.

Qeyd edək ki, Qustavo Petro bundan əvvəl ABŞ-yə səfərinin məqsədinin dünya müharibəsinin qarşısını almaq olduğunu bəyan edib.

Xatırladaq ki, yanvarın 5-də Donald Tramp Kolumbiyaya qarşı hərbi əməliyyatın mümkünlüyünü istisna etmədiyini bildirmişdi.

Seçilən
35
teleqraf.com

1Mənbələr