AZ

İran uranın zənginləşdirilməsi səviyyəsini 20 faizə salmağa razıdır - Xameneinin müşaviri

Bakı. Trend:

Tehran Vaşinqtonun müəyyən güzəştlərə getməsi müqabilində uranınzənginləşdirilməsi səviyyəsini 60 faizdən 20 faizə endirməyəhazırdır.

Trend xəbər verir ki, bunuİranın Ali Lideri Ayətulla Seyid Əli Xameneinin müşaviri ƏliŞamxani bildirib.

Onun sözlərinə görə, əgər qarşı tərəfdə narahatlıq varsa,zənginləşdirmə səviyyəsinin 60 faizdən 20 faizə endirilməsimümkündür, lakin bunun əvəzində ABŞ müəyyən qiymət ödəməlidir.

Şamxani eyni zamanda vurğulayıb ki, ABŞ tərəfindən hər hansıhərbi təcavüz baş verərsə, İsrail İran üçün legitim hədəfəçevriləcək, çünki bu iki ölkə eyni cəbhədə çıxış edir.

O bildirib ki, Amerika zərbə endirəcəyi təqdirdə İsrail mütləqbu prosesdə iştirak edəcək və İranın cavabı mütənasib olacaq.Şamxani əlavə edib ki, cavab tədbirlərinin miqyası qarşı tərəfinatacağı addımlardan asılı olacaq.

Seçilən
32
az.trend.az

1Mənbələr