AZ

Polşada naməlum PUA hərbi bazanın ərazisinə düşüb

BAKI, 3 fevral. TELEQRAF

Polşanın Pşasnış şəhərində yerləşən hərbi hissənin ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.

Teleqraf xəbər verir ki, bu barədə “ZET” radiostansiyası məlumat yayıb.

Məlumata görə, insident yanvarın 28-də baş verib. Nəşr bildirir ki, mənşəyi məlum olmayan dron hərbi hissənin ərazisinə düşüb.

Jurnalistlərin ehtimalına görə, söhbət kəşfiyyat məqsədli PUA-dan gedə bilər.

Qeyd edək ki, bundan əvvəl Rumıniyanın Müdafiə Nazirliyi Ukrayna ilə sərhəd bölgəsində ölkənin hava məkanına iki pilotsuz uçuş aparatının daxil olması faktını qeydə alıb. Hadisə ilə əlaqədar müşahidə məqsədilə dörd qırıcı təyyarə havaya qaldırılıb.

Seçilən
27
teleqraf.com

1Mənbələr