AZ

“Simpsonlar” bunu da “bilib”? 25 il əvvəlki “sirli ada” mesajı Foto

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ceffri Epşteynin gizli arxivlərindən 3 milyon səhifəlik sənədlərin açıqlanması və bu sənədlərdəki qalmaqallar dünya mediasında yenidən sensasiya yaradıb.

“Qafqazinfo” xəbər verir ki, sənədlər Epşteynin Karib dənizindəki “Kiçik Sent-Ceyms” adasını cinayət və şantaj mərkəzi kimi istifadə etdiyini ortaya qoyur.

Bu qalmaqal fonunda 2001-ci ildə yayımlanan populyar animasiya serialı “Simpsonlar” yenidən diqqət mərkəzindədir. Serialın “The parent rap” bölümündə arxa planda görünən lövhədə belə yazılır:

“Diqqət: Bir adada bəzi dəli insanlar gizlicə dünyanı idarə edirlər”.

Bu səhnə sosial şəbəkələrdə Epşteynin adasında baş verən hadisələrin ortaya çıxması fonunda geniş müzakirələrə səbəb olub.

İddia edilir ki, serial illər əvvəl Epşteynin “Kiçik Sent-Ceyms” adasında dünya liderləri, məşhurlar və milyarderlərlə əlaqəli fəaliyyətini qabaqcadan “proqnozlaşdırıb”.

Vurğulanır ki, “Simpsonlar” serialı tez-tez qlobal elitaların gizli görüşlərinə istinad edir, arxa planda görünən lövhə həmin tipli ironiyalardan biridir. Lakin Epşteyn sənədlərində Bill Klinton və Donald Tramp kimi şəxslərin adlarının yer alması bu səhnəni bəzi izləyicilər üçün təsadüf olmaqdan çıxarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
qafqazinfo.az

1Mənbələr