Çinin şərqindəki Szyansu əyalətində körpünün uçması nəticəsində azı iki nəfər ölüb, daha üç nəfər itkin düşüb.
"Report"un xəbərinə görə, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Hadisə fevralın 2-də axşam baş verib. Yançen şəhərində tikilməkdə olan dəmiryol körpüsü uçub. Mühəndislik işlərini Çinin Dəmir Yolu Tikinti Korporasiyasının (CRCC) 12-ci Bürosu görüb.
Hadisə yerində xilasetmə əməliyyatları davam edir. Körpünün uçmasının səbəbi araşdırılır.