AZ

Fələstinlilərin ilk qrupu Misirdən Qəzzaya qayıdıb

BAKI, 3 fevral. TELEQRAF

Qəzza zolağından olan fələstinlilərin ilk qrupu Misirdən geri dönüb.

Teleqraf xəbər verir ki, bu barədə Misirin “Əl-Qahira əl-İxbariyya” telekanalı məlumat yayıb.

Məlumata görə, əvvəllər Misirin xəstəxanalarında müalicə alan Qəzza sakinlərini daşıyan avtobus "Rafah" keçid məntəqəsi vasitəsilə anklava daxil olub və sektorun cənubunda yerləşən Xan Yunis şəhərinə yollanıb. Avtobus Ümumdünya Səhiyyə Təşkilatının avtomobillərinin müşayiəti ilə hərəkət edib.

Telekanalın məlumatına görə, geri qayıdan fələstinlilər Qəzzaya çatdıqdan sonra tibbi müayinədən keçiriləcəklər. Avtobusda olan şəxslərin dəqiq sayı hələ açıqlanmayıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında HƏMAS ilə İsrail arasında silahlı qarşıdurmanın kəskinləşməsindən sonra “Rafah” keçid məntəqəsi Qəzza sakinləri üçün əsasən yalnız çıxış istiqamətində fəaliyyət göstərib. Bu müddətdə anklava girişə əsasən humanitar yüklər buraxılıb və 2025-ci il ərzində bu yüklər Misir sərhədindən deyil, İsrail sərhədindəki digər keçidlər vasitəsilə çatdırılıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr