AZ

Yaponların güclü yaddaşının sirri: Azərbaycanda üzünə baxmırlar

Bir çoxumuzun sadəcə çərəz kimi gördüyü və ya bəzən heç əhəmiyyət vermədiyi quru üzüm əslində beynin ən böyük dostudur. Yaponiyada yaddaşı gücləndirmək üçün ən çox tövsiyə olunan qidaların önündə məhz kişmiş gəlir.

Milli.Az xəbər verir ki, quru üzüm bor mineralı ilə ən zəngin qidalardan biridir. Bor mineralı diqqəti toplamaq, yaddaşı itiləmək və əl-göz koordinasiyasını yaxşılaşdırmaq üçün həyati əhəmiyyət kəsb edir. Yapon tədqiqatçılar bildirirlər ki, bor çatışmazlığı zehni yorğunluğa və unutqanlığa səbəb olur.

Quru üzümün tərkibindəki güclü antioksidantlar beyin hüceyrələrini sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Bu maddələr beyin damarlarını təmiz saxlayaraq qan dövranını sürətləndirir, nəticədə Altsheymer kimi xəstəliklərin qarşısını almağa kömək edir.

Kişmiş təbii şəkər (qlükoza və fruktoza) mənbəyidir. Beyin enerji üçün yalnız qlükoza istifadə etdiyi üçün, xüsusilə imtahanlara hazırlaşanlar və ya zehni işlə məşğul olanlar üçün quru üzüm ən sağlam "yanacaq" hesab olunur. Rafinə edilmiş şəkərdən fərqli olaraq, kişmiş qan şəkərini balanslı şəkildə yüksəldir.

Hər gün müntəzəm olaraq bir ovuc (təxminən 20-30 qram) quru üzüm yemək, uzunmüddətli dövrdə yaddaşın qorunması və dəmir çatışmazlığının aradan qaldırılması üçün kifayətdir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
30
3
milli.az

10Mənbələr