AZ

Günorta yuxusu ömrü uzadır?

ain.az, Modern.az saytına istinadən bildirir.

"Günorta yuxusu ürək xəstəlikləri riskini üçdə bir azaldır".

Modern.az xəbər verir ki, bunu "National Geographic" nəşrinin elmi əməkdaşı Den Büttner ömrün uzadılmasının ən xoş yollarından danışarkən deyib.

Uzunömürlü insanların həyat tərzini araşdıran alim insanların tez-tez 100 yaşına qədər yaşadığı Yunanıstanda nahardan sonra yatmağın adət halını aldığını deyib. 

“Ömrü uzatmağın ən yaxşı üsulları həyat keyfiyyətini yaxşılaşdıran və insana həqiqi zövq verən üsullardır. Günorta yuxusu da onlardan biridir”, – deyə Büttner vurğulayıb.

Tədqiqatçı qeyd edib ki, bu üsulun effektivliyi elmi araşdırmalarla sübut olunub. Onun sözlərinə görə, həkimlər müşahidə ediblər ki, həftədə beş dəfə 20 dəqiqəlik günorta yuxusu ürək xəstəlikləri riskini üçdə bir azaldır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
modern.az

2Mənbələr