AZ

Qoz və fındığı unudun: Sağlamlıq üçün ən faydalı 3 çərəz

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mütəxəssislər qidalanma rasionumuza daxil etməli olduğumuz, vitamin və mineral anbarı hesab edilən ən güclü 3 çərəzi açıqlayıblar. Bu çərəzlər həm ürəyi qoruyur, həm də yaşlanmanı ləngidir.

Milli.Az xəbər verir ki, Braziliya qozu dünyada selen maddəsi ilə ən zəngin qidadır. Selen qalxanvari vəzinin (zob) fəaliyyəti və immun sistemi üçün həyati əhəmiyyət kəsb edir.

Gündə cəmi 1-2 ədəd yemək günlük selen ehtiyacını tam ödəyir. O, hüceyrələri xərçəngə qarşı qoruyan güclü antioksidantdır.

Selen çox güclü maddə olduğu üçün gündə 3 ədəddən çox yemək toksik təsir yarada bilər.

Püstə digər çərəzlərlə müqayisədə daha az kalori və daha çox protein ehtiva edir.

Tərkibindəki lutein və zeaksantin sayəsində yaşla bağlı yaranan görmə zəifliyinin qarşısını alır.

Qan təzyiqini tənzimləyir və xolesterolu aşağı salır. Həmçinin, tərkibindəki liflər sayəsində toxluq hissi yaradaraq arıqlamağa kömək edir.

Pekan qozu antioksidant miqdarına görə bütün çərəzlər arasında liderdir.

Tərkibindəki E vitamini və flavonoidlər beyin hüceyrələrinin iltihablanmasının qarşısını alır.

Sink və manqan ilə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirir və sümükləri möhkəmləndirir.

Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
news.milli.az

2Mənbələr