AZ

Ukraynanın bir sıra şəhərləri Rusiya ordusunun kütləvi hücumuna məruz qalıb

3 fevral gecəsi Rusiya ordusu Ukraynaya kütləvi kombinə edilmiş hücum təşkil edib.

APA Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum zamanı dronlar və ballistik raketlərdən istifadə olunub.

Məlumata görə əsas hədəflər Kiyev, Xarkov və Dnepr şəhərləri olub. Sumı şəhərində partlayışlar eşidilib.

Kiyevdə həyəcan siqnalı verilib, ardıcıl partlayışlar qeydə alınıb, hava hücumundan müdafiə sistemləri işə salınıb.

Xarkovda gecədən etibarən hücumlar başlayıb, mərkəz və Slobodsko rayonu vurulub.

Dneprdə isə gecə boyu təkrar partlayışlar olub.

Seçilən
39
1
apa.az

2Mənbələr