AZ

Tramp şatdaunun dayandırılması üçün tədbirlərin görülməsinə çalışdığını bildirib

BAKI, 3 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının ABŞ hökumətinin hazırda qismən dayandırılmış maliyyələşməsinin bərpasına imkan verən qanun layihəsini qəbul etməsi üçün səylər göstərdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, ötən həftə Senat tərəfindən təsdiqlənmiş mövcud maliyyələşmə razılaşmasının Nümayəndələr Palatasında da qəbul olunması üçün aşağı palatanın spikeri Mayk Consonla fəal şəkildə işləyir.

Donald Tramp bildirib ki, qanun layihəsi dəyişdirilmədən qəbul olunmalı və dərhal onun imzasına təqdim edilməlidir. Prezident vurğulayıb ki, hökumətin fəaliyyətinin davamı təmin olunmalıdır və həm respublikaçılar, həm də demokratlar bu sənədi dəstəkləməlidir.

ABŞ Prezidenti əlavə edib ki, ölkə daha bir uzunmüddətli, mənasız və dağıdıcı şatdauna yol verə bilməz. Onun sözlərinə görə, belə bir vəziyyət ölkəyə ciddi zərər vurur və nə respublikaçıların, nə də demokratların xeyrinədir.

Qeyd edək ki, yanvarın 31-də gecə yarısından etibarən ABŞ-də maliyyələşmənin olmaması səbəbindən şatdaun başlayıb. 2025-ci ilin payızında baş verən əvvəlki şatdaun isə 43 gün davam edib.

Seçilən
32
teleqraf.com

1Mənbələr