AZ

Danimarka “Rheinmetmall” şirkəti ilə sursat təchizatına dair müqavilə imzalayıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Berlin, 3 fevral, AZƏRTAC

Danimarka Almaniyanın “Rheinmetall” şirkəti ilə sursat təchizatı təminatına dair yeddiillik müqaviləsi imzalayıb.

AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumatda müqavilə çərçivəsində müxtəlif növ döyüş sursatlarının tədarükünün nəzərdə tutulduğu bildirilir. Müqaviləyə orta kalibrli sursatlar, tank mərmiləri və artilleriya üçün sursatların tədarükü daxildir.

“Rheinmetall”ın İdarə Heyətinin sədri Armin Papperqer Danimarkanın şirkətə göstərdiyi etimadın yüksək qiymətləndirildiyini vurğulayaraq bildirib ki, bu müqavilə “Rheinmetall”ın dünya üzrə aparıcı sursat istehsalçılarından olması statusunu bir daha təsdiqləyir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
2
azertag.az

3Mənbələr