AZ

Rodrigez ABŞ ın Venesueladakı müvəqqəti işlər vəkili ilə görüşüb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez ABŞ-ın Venesueladakı müvəqqəti işlər vəkili Laura Dogu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Venesuelanın informasiya və kommunikasiya naziri Migel Angel Perez öz “Telegram” kanalında məlumat verib.

“2 fevral günortadan sonra Delsi Rodrigez ABŞ-ın Venesueladakı müvəqqəti işlər vəkili Laura Dogu ilə görüşüb", - nazir bildirib.

O qeyd edib ki, görüş Venesuela ilə ABŞ arasında iş gündəliyinin bir hissəsi olaraq Miraflores Prezident Sarayında baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
2
apa.az

3Mənbələr