AZ

Ukrayna İranın SEPAH-ını rəsmi olaraq terror təşkilatı kimi tanıyıb

BAKI, 3 fevral. TELEQRAF

Ukrayna hakimiyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi şəkildə terror təşkilatı kimi tanıyıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Telegram” kanalında məlumat verib.

Zelenski bildirib ki, Ukrayna artıq bu qurumu terror təşkilatı kimi müəyyən edib və Kiyev üçün məsələ bağlanıb. Onun sözlərinə görə, rəsmi Kiyev İran rejiminin Yaxın Şərqdə və dünyada müharibə və zorakılığın yayılmasına töhfə verdiyini iddia edir.

Seçilən
15
teleqraf.com

1Mənbələr