AZ

Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

BAKI,TurkicWorld

1944-cü il bu gün Amerika qüvvələri uzun müddət yaponların işğalı altında olan və onların hərbi əməliyyatlar üçün baza kimi istifadə etdikləri Marşall adalarına hücum edərək nəzarəti tamamilə ələ keçiriblər. 3 fevral gecəsi diviziya hərəkəti dayandıraraq 32-ci alaya adanın qalan 600 yardlıq hissəsini təmizləmək əmrini verib. Yaponların beş ümidsiz gecə hücumunun qarşısı alındıqdan sonra, fevralın 4-ü səhər saatlarında başlayan yeni hücumla günortadan sonra ada tam təhlükəsiz elan edilib.

Sakit okeanın qərbində, Karolin adalarından şərqdə yerləşən Marşall adaları Birinci Dünya müharibəsindən bəri yaponların əlində idi. 1914-cü ildə işğal edilən bu adalar Millətlər Liqasının qərarı ilə "Yaponiya Mandatındakı Adalar"ın bir hissəsinə çevrilmişdi. Birinci Dünya müharibəsini yekunlaşdıran Versal müqaviləsi əvvəllər Almaniyanın nəzarətində olan bəzi adaların — o cümlədən Marşall, Karolin və Mariana (Quam istisna olmaqla) adalarının Millətlər Liqasının "nəzarəti" altında yaponlara verilməsini şərtləndirirdi. Lakin yaponlar 1933-cü ildə Liqadan çıxdılar və mandatlı adaları hərbi bazalara çevirməyə başladılar. Avstraliya və Havay arasındakı gəmiçilik yollarını təhdid etmək məqsədi daşıyan hərbi dəniz və hava bazaları tikildiyi üçün yapon olmayanlar, o cümlədən xristian missionerləri adalardan uzaq tutulurdu.

İkinci Dünya müharibəsi zamanı bu adalar və ətrafdakı digər ərazilər Müttəfiqlərin hücum hədəfinə çevrildi. ABŞ-ın Mərkəzi Sakit Okean kampaniyası mandatlı adaların cənubunda yerləşən Gilbert adaları ilə başladı; ABŞ qüvvələri 1943-cü ilin noyabrında Gilbert adalarını fəth etdi. Növbəti hədəf Marşall adalarını ələ keçirmək planı olan "Flintlock" əməliyyatı idi.

Admirall Reymond Sprüans 22 yanvar 1944-cü ildə 53 000 desant qoşununu iki kiçik adaya — Roi və Namura çıxarmaq məqsədi ilə 5-ci donanmanı Perl Harbordan Marşall adalarına apardı. Bu arada, Gilbert adalarından hava bazası kimi istifadə edən Amerika təyyarələri yaponların Marşall adaları üzrə inzibati və rabitə mərkəzi olan Kwajaleini bombaladılar. Kwajalein adalar, riflər və atollar qrupundan ibarət olan Marşall klasterinin bir hissəsi idi.

31 yanvara qədər Kwajalein darmadağın edildi. Aviadaşıyıcı və quruda yerləşən təyyarələrin ardıcıl hava hücumları Marşall adalarındakı hər bir yapon təyyarəsini məhv etdi. 3 fevrala qədər ABŞ piyadaları Roi və Namur atollarını ələ keçirdi. Beləliklə, Marşall adaları cəmi 400 amerikalının itkisi ilə effektiv şəkildə Amerikanın əlinə keçdi.

Seçilən
34
turkic.world

1Mənbələr