AZ

Telefon zəngi həyatını alt üst etdi: Dələduzlar Kürdəxanı sakininin başına oyun açdılar

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dələduzlar telefonuna daxil olaraq həm bank hesabındakı pulu oğurlayıblar, həm də adına kredit götürüblər.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Elman Məmmədovun başına gəlib. O deyir ki, dələduzlar ona bank işçisi və polisin adından zəng edib, saxta sənəd göndərərək aldadıblar.

Telefon zəngi həyatını alt-üst etdi: Dələduzlar Kürdəxanı sakininin başına oyun açdılar

Telefonla görüntülü danışarkən dələduzlar Elman Məmmədovun mobil cihazına daxil olaraq onu ingilis dilinə dəyişiblər və bildiriblər ki, guya bank hesabını qorumaq üçün edirlər. Səhəri gün aydın olub ki, dələduzlar onun bank hesabındakı 3 000 manatı oğurlamaqla yanaşı, adına 8 900 manat kredit də götürüblər.

Maraqlısı isə odur ki, Elman Məmmədovun sözlərinə görə, bir ay əvvəl banka kredit üçün müraciət edəndə imtina cavabı alıb.

Lakin dələduzlar yüksək məbləğdə kredit götürə biliblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
4
oxu.az

5Mənbələr