AZ

“Qarabağ”ın kapitanı olan “ingilis” - VİDEO

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Səttar Əliyev Asan TV-yə verdiyi videomüsahibədə karyerası və klubla bağlı xatirələrini bölüşüb.

O bildirib ki, Ağdamda futbol oynadığı dövrlərdə “ingilis” ləqəbi ilə tanınıb:

“Qarabağ”ın heyətində bir il ərzində üç kuboku başım üzərinə qaldıran ilk kapitan mən olmuşam”.

Səttar Əliyev qeyd edib ki, müharibə şəraitində futbol oynadıqları dövrlər unudulmazdır:

“Oyun zamanı Ağdama raketlər atılırdı. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov həm mənimlə birlikdə futbol oynayıb, həm də məşqçim olub”.

Seçilən
31
sportinfo.az

1Mənbələr