
Birləşmiş Ştatlar qlobal təhlükəsizliyi təmin etmək üçün kosmik sahədə mütləq dominantlıq əldə etməlidir.
AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset Florida ştatındakı çıxışı zamanı bildirib.
"Biz kosmik sahədə hökmranlıq etməliyik. Amerika kosmosdakı dominantlığını tam şəkildə büruzə verəcək", - deyə Pentaqon rəhbəri vurğulayıb. Heqset bu strateji hədəfi hərbi taktika ilə əsaslandıraraq qeyd edib ki, yüksəkliyə nəzarət edən tərəf, döyüşə də nəzarət edir.
Qeyd edək ki, bu bəyanat ABŞ-ın son illərdə Kosmik Qüvvələrin imkanlarını genişləndirmək və rəqib dövlətlərin orbitdəki fəallığına qarşı adekvat addımlar atmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.