AZ

Oman və Qətərdən ABŞ-İran üçün yeni sülh planı

Oman və Qətərdən ABŞ-İran üçün yeni sülh planı

Oman və Qətər rəsmiləri ABŞ və İran arasındakı münaqişəni həll etmək üçün Ukrayna və Fələstin nizamlanması prinsiplərinə əsaslanan yeni təklif hazırlayıblar.

AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal"ın məqaləsində bildirilir. Qeyd edilir ki, bu plan uranın zənginləşdirilməsi probleminin həlli, iqtisadi stimullar və tərəflərin təhlükəsizlik öhdəliklərini ehtiva edir.

Məlumata görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi yanvarın 31-də iranlı həmkarı Məsud Pezeşkian ilə bu təklifi müzakirə edib. Lakin rəsmi Vaşinqtonun bu sənədin hazırlanmasında iştirak edib-etmədiyi hələlik məlum deyil. İran lideri isə danışıqlar prosesi zamanı ölkəsinin ABŞ tərəfindən hücuma məruz qalmayacağına dair rəsmi zəmanət tələb etdiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 26-da ABŞ Prezidenti Donald Tramp İrana doğru "böyük armada"nın hərəkət etdiyini bəyan edərək, rəsmi Tehranı nüvə silahından tam imtina etməyə çağırıb. Keçən ilin iyununda həyata keçirilən "Gecəyarı çəkici" (Midnight Hammer) əməliyyatını xatırladan Tramp xəbərdarlıq edib ki, növbəti hücum daha dağıdıcı olacaq. Ağ Ev rəhbəri İranı "ədalətli sövdələşmə" üçün danışıqlar masasına oturmağa səsləyib.

Seçilən
40
afn.az

1Mənbələr