AZ

Oyuncaq dron ordunu ayağa qaldırdı

Varşavanın şimalında yerləşən hərbi hissənin ərazisində qəzaya uğrayan pilotsuz uçuş aparatı (PUA) SIM kartı olmayan oyuncaq kvadrokopter olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Polşa Hərbi Jandarma İdarəsinin məlumatında deyilir.

"Pşasnışkdakı Hərbi Jandarma İdarəsi bu il yanvarın 28-də hərbi hissənin ərazisində qəzaya uğrayan və heç bir zərər görməyən PUA-nı araşdırır. İlkin məlumata görə, bu, yaddaş kartı və ya SIM kartı olmayan oyuncaq dron olub", - deyə bildirilib.

Qeyd edək ki, daha əvvəl Polşa mediası Varşavanın 100 km şimalında, Pşasnışkdakı hərbi hissənin ərazisində naməlum dronun qəzaya uğraması barədə məlumat vermişdi./Axar.az


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr