AZ

NYT: Trampın idxal rüsumlarının əsas maliyyə yükünü Amerika şirkətləri və istehlakçıları daşıyıb..

Tramp administrasiyasının iddialarının əksinə olaraq, tariflərin xərci əsasən ölkə daxilində ödənilib...

Poliqon xəbər verir ki, The New York Times qəzetinin təhlilinə görə, ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarının əsas maliyyə yükü Amerika şirkətləri və istehlakçılarının üzərinə düşüb. Nəşr yazır ki, rüsumlardan daxil olan vəsaitlər “sənədlər üzrə idxalçılar” hesabına formalaşıb və onların böyük əksəriyyəti məhz ABŞ şirkətləridir.

Məqalədə qeyd olunur ki, Donald Tramp administrasiyası tariflərin yekunda xarici şirkətlər tərəfindən ödəniləcəyini iddia etsə də, iqtisadçıların əksəriyyəti bu yanaşma ilə razılaşmır. Onların qənaətinə görə, idxal rüsumları nəticə etibarilə ABŞ daxilində qiymətlərin artmasına səbəb olub və bu artım həm biznesin, həm də adi istehlakçıların xərclərini yüksəldib.

The New York Times vurğulayır ki, rüsumlar formal olaraq xarici məhsullara tətbiq edilsə də, onları ödəyən tərəf ABŞ bazarına mal gətirən yerli şirkətlərdir. Bu şirkətlər isə artan xərcləri ya öz mənfəətləri hesabına qarşılayır, ya da qiymətləri qaldırmaqla istehlakçılara ötürürlər. Nəticədə tarif siyasəti daxili iqtisadiyyata əlavə yük yaradır və inflyasiya təzyiqlərini gücləndirir.

Ekspertlər hesab edirlər ki, bu proses ABŞ iqtisadiyyatının rəqabət qabiliyyətinə də mənfi təsir göstərir və uzunmüddətli perspektivdə həm istehsalçılar, həm də istehlakçılar üçün risklər yaradır.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr