AZ

Premyer Liqa klublarına təklif olundu - “Fənərbaxça”nın hücumçusu

“Fənərbaxça”da icarədə olan “Əl-Nəsr”in hücumçusu Con Duran İngiltərəyə qayıda bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı kolumbiyalı Səudiyyə Ərəbistanında yaşamaqda çətinlik çəkib və artıq “Fənərbaxça”da da daimi oyunçu deyil.

O, “Tottenhem” və “Lids” də daxil olmaqla İngiltərə Premyer Liqasının bir neçə klubuna təklif olunub.

Duran bu mövsüm bütün turnirlərdə 21 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
43
sportinfo.az

1Mənbələr