AZ

Mask Trampla münasibətləri bərpa edir

BAKI, 3 fevral. TELEQRAF

Smerikalı milyarder İlon Mask Respublikaçılar Partiyasının seçki kampaniyası fondlarına 10 milyon dollar ianə etməklə ABŞ Prezidenti Donald Trampla əlaqələrini möhkəmləndirib.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Federal Seçki Komissiyasının sənədlərinə istinadən məlumat yayıb.

Yanvar ayında Mask Senat və Nümayəndələr Palatasının namizədləri üçün əsas ianə toplama komitələrinə 5 milyon dollar bağışlayıb. Bu ianələr onun 2026-cı il ara seçkilərindən əvvəl respublikaçılara verdiyi geniş dəstəyin bir hissəsidir və Trampla soyuq münasibətlər dövründən sonra siyasətə qayıdışına işarədir.

Mask əvvəllər administrasiyanı tənqid etmiş və hətta öz siyasi qüvvəsini yaratmaq planlarını açıqlamışdı, lakin sonra fikrindən daşınıb.

Seçilən
13
teleqraf.com

1Mənbələr