AZ

Böyük Britaniya İrana qarşı sanksiya siyahısını genişləndirib

London Tehrana qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, Böyük Britaniya hökuməti İrana qarşı sanksiya siyahısını genişləndirərək yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Rəsmi açıqlamaya əsasən, sanksiya siyahısına 10 fiziki şəxs və bir dövlət qurumu əlavə olunub.

Məlumata görə, sanksiyalara məruz qalan qurumlar arasında İran İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri də yer alır. Britaniya hakimiyyəti qərarın əsaslandırılmasında İranda ciddi insan hüquqları pozuntularını ön plana çəkib. Xüsusilə söz və ifadə azadlığının boğulması, dinc etiraz aksiyalarına maneələr yaradılması, həmçinin yaşamaq hüququna qarşı yönəlmiş halların bu addıma səbəb olduğu vurğulanıb.

Qəbul edilən məhdudiyyətlər siyahıya salınan şəxslərin və qurumların aktivlərinin dondurulmasını, Böyük Britaniyaya girişinə qadağa qoyulmasını, eləcə də şirkətlərin idarə olunması və kommersiya fəaliyyəti ilə bağlı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Rəsmi London bəyan edib ki, bu tədbirlər insan hüquqlarının qorunması və beynəlxalq öhdəliklərə əməl olunmasının təmin edilməsi məqsədi daşıyır. Britaniya hökuməti Tehranın davranışlarında dəyişiklik olmayacağı təqdirdə əlavə sanksiyaların da istisna edilmədiyini bildirib.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr