AZ

Dmitriyev Britaniyanın baş naziri Starmeri istefaya çağırıb

RBİF rəhbəri Starmerin postunu tərk etməli olduğunu bildirib...

Poliqon xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Britaniyanın baş naziri Kir Starmeri istefaya çağırıb. O, bu çağırışı X sosial şəbəkəsində etdiyi paylaşımda səsləndirib.

“Kir Starmer istefaya getməlidir”, deyə Dmitriyev paylaşımında yazıb.

Qeyd olunur ki, yanvarın 15-də Dmitriyev X sosial şəbəkəsində Starmerin vəzifəsini tərk edib-etməməli olduğuna dair sorğu keçirib. Sorğuda iştirak edən 2 448 istifadəçinin 96 faizi Britaniyanın baş nazirinin istefa verməli olduğunu, 4 faizi isə əks mövqedə olduğunu bildirib.

Yanvarın 20-də RBİF rəhbəri daha bir açıqlama ilə çıxış edərək, ABŞ prezidenti Donald Trampın tənqidlərindən sonra Britaniya baş nazirinin siyasi gələcəyinin “çox da parlaq görünmədiyini” deyib. Məlumata görə, Tramp Truth Social sosial şəbəkəsində Böyük Britaniyanı Hind okeanında yerləşən və strateji ABŞ hərbi bazasının olduğu Dieqo-Qarsiya adası üzərində yurisdiksiyadan “heç bir əsas olmadan” imtina etməkdə ittiham edib. ABŞ prezidenti Londonun adanı Mavrikiya təhvil vermək niyyətini sərt tənqid edib.

Müşahidəçilərin fikrincə, Dieqo-Qarsiya ətrafında yaranmış mübahisə, eləcə də ABŞ ilə Böyük Britaniya arasında bu məsələdə fikir ayrılıqları Starmer hökumətinə qarşı beynəlxalq və daxili təzyiqləri artırır. Dmitriyevin açıqlamaları da bu fonunda diqqət çəkən siyasi mesaj kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr