AZ

“Pep karyeramı dəyişdi”

“Bavariya”nın keçmiş futbolçusu Duqlas Kosta Almaniya karyerası və Xosep Qvardiola ilə işlədiyi dövr barədə danışıb.

90deqiqe.Az-ın "fcinter1908.it"ə  istinadən məlumata görə, hazırda İtaliyada çıxış edən braziliyalı futbolçu mütəxəssisin onun inkişafında böyük pay sahibi olduğunu vurğulayıb:

“Pep bütün karyeramı dəyişdi. Hələ “Şaxtyor”da oynadığım vaxt mənə demişdi: ‘Sən bizim komandada oynamalısan’. Sonradan bu baş verdi. O, fenomenal məşqçidir. Daim maksimum nəticə istəyir. Beş-altı qol vurduğumuz oyunlarda belə hücumu davam etdirməyimizi tələb edirdi”

Xatırladaq ki, Duqlas Kosta hazırda İtaliyanın “Kyevo” klubunda çıxış edir.

Seçilən
47
90deqiqe.az

1Mənbələr