
Yaponiyada son iki həftə ərzində hökm sürən çətin qış şəraiti və intensiv qar yağışının səbəb olduğu qəzalarda həyatını itirənlərin sayı 27-yə, yaralananların sayı isə 290-a yüksəlib.
Yaponiyanın dövlət televiziyası NHK-nın verdiyi məlumata görə, ölkənin Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyi (Şoboço) ölkə daxilində qış şəraiti ilə bağlı ölüm və yaralanma hallarına dair rəsmi hesabat yayıb.
Açıqlamada qeyd olunub ki, sərt qış havası və güclü qar yağışı nəticəsində son 14 gündə ölkə miqyasında 27 nəfər dünyasını dəyişib, 290 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ən çox itki Niigata əyalətində qeydə alınıb
Ölüm hallarının 12-sinin qeydə alındığı Niigata əyalətində rəsmilər bədbəxt hadisələrin təfərrüatlarını paylaşıblar. Bildirilib ki, təmizlənən qarların boşaldıldığı kanala düşən iki nəfər suyun axınına qapılaraq boğulub.
Əyalət rəsmiləri həmçinin bəzi vətəndaşların evlərin damındakı qarları təmizləyərkən yıxılma və ya qəfil səhhətlərinin pisləşməsi (donvurma və ürək çatışmazlığı) nəticəsində həyatlarını itirdiklərini vurğulayıblar. Sinoptiklər qeyri-sabit hava şəraitinin hələ bir müddət davam edəcəyi barədə xəbərdarlıq edirlər.