AZ

"Real" müdafiəçisini Premyer Liqa klubuna satmadı - futbolçu fərdi məşq istədi

“Real” müdafiəçi Fran Qarsiyanın “Bornmut”a icarə əsasında keçidini bloklayıb.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, futbolçu hazırda kifayət qədər oyun vaxtı almadığı üçün İngiltərə klubunu yaxşı fürsət kimi dəyərləndirirdi. O, Valdebebasdakı məşq bazasında yaxın çevrəsinə Premyer Liqa klubuna keçid ehtimalının yüksək olduğunu desə də, cümə günü madridlilər onu buraxmamaq barədə qəti qərar veriblər.

Transferin baş tutmamasından sonra 26 yaşlı ispan şənbə günü fərdi məşq keçmək üçün müraciət edib. Klub bu istəyi rədd edib və oyunçu mətbuat üçün açıq olan ilk 15 dəqiqəni komanda ilə birlikdə keçdikdən sonra məşqi təkbaşına davam etdirib.

Qarsiya transferə cəhd etməzdən əvvəl məşqçi Alvaro Arbeloa ilə danışıb. “Real”ın mövqeyi isə yanvar ayında Endrikdən başqa heç bir futbolçunu buraxmamaq olub. 2027-ci ilə qədər qüvvədə olan müqaviləni nəzərə alan müdafiəçi yayda daha çox oyun vaxtı ala biləcəyi bir komanda tapacağına ümid edir.

Qeyd edək ki, bu mövsüm Fran La Liqada 7 oyunda iştirak edib və 1 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
26
1
sportal.az

2Mənbələr