AZ

Ukrayna müharibəni dayanması üçün çətin güzəştlərə belə getməyə hazırdır – Aİ-nin Ali Nümayəndəsi Kaja Kallas

Ukrayna müharibəni dayandırmaq üçün güzəştə getməyə hazırdır, lakin problem Rusiyanın mövqeyindədir.

Bunu Aİ-nin Ali Nümayəndəsi Kaja Kallas Oslo Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. “Ukrayna müharibəni dayandırmaq üçün çətin güzəştlərə belə getməyə hazırdır”, – deyə o bildirib. Kallas qeyd edib ki, Rusiyanı sülh üçün güzəştlərə getməyə məcbur etmək daha çətin olacaq. Son 100 ildə Rusiya ən azı 19 ölkəyə hücum edib.

“Bu ölkələrin heç biri Rusiyaya hücum etməyib. Ona görə də sual budur ki, bu müharibənin davam etməməsini və başqa yerə yayılmamasını necə təmin edək”, – deyə Aİ-nin Ali Nümayəndəsi əlavə edib.
Kallas vurğulayıb ki, Rusiya müharibə bitdikdən sonra hərbi büdcəsini, ordusunu və nüvə silahlarını məhdudlaşdırmalı olacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr