AZ

İordaniya İrana hücumlara qarşı hava məkanını bağlayır

İordaniya İrana hücumlara qarşı hava məkanını bağlayır

İordaniya öz hava məkanından İrana qarşı hərbi hücumlar üçün poliqon kimi istifadə edilməsinə qətiyyətlə imkan verməyəcək.

AFN.az xəbər verir ki, bu barədə Krallığın Baş nazirinin müavini, xarici işlər naziri Ayman əs-Səfadi iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı bəyan edib.

"İordaniya regional münaqişələrin döyüş meydanına çevrilməyəcək və öz hava sərhədlərinin pozulmasına icazə verməyəcək", - deyə nazir vurğulayıb. O, həmçinin Yaxın Şərqdə gərginliyin azaldılması səylərini dəstəklədiyini və İranın nüvə proqramı ilə bağlı məsələlərin diplomatik yolla həllinin vacibliyini qeyd edib.

İranın xarici işlər naziri Abbas Araqçi İordaniyanın bu prinsipial mövqeyini yüksək qiymətləndirib. Tərəflər regionda deeskalasiyaya nail olmaq üçün ikitərəfli məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Seçilən
24
afn.az

1Mənbələr