AZ

İordaniya İrana hücumlar üçün platformaya çevrilməyəcək - XİN rəhbəri

BAKI, 2 fevral. TELEQRAF

İordaniya hava məkanından İrana hücumlar üçün istifadə cəhdlərinə mane olacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın Baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfadi iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında bildirib.

O, Yaxın Şərqdə gərginliyin azaldılması səylərini dəstəklədiyini və İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün diplomatiyanın zəruriliyini qeyd edib: "İordaniya regional münaqişədə döyüş meydanına çevrilməyəcək və hava məkanının pozulmasına yol verməyəcək".

Əraqçi İordaniyanın mövqeyini yüksək qiymətləndirib. İki ölkənin nazirləri ikitərəfli məsləhətləşmələri davam etdirmək və regionda gərginliyin azaldılmasına töhfə vermək barədə razılığa gəliblər.

NEWS.am Telegramda

Seçilən
10
teleqraf.com

1Mənbələr