Azov dənizində güclü zəlzələ baş verib. Yeraltı təkanlar Ukraynanın bir neçə bölgəsində və müvəqqəti işğal olunmuş ərazilərdə hiss olunub.
“Volcano Discovery”nin məlumatına görə, 4,8 bal gücündə zəlzələ Kerçdən 82 km şimal-qərbdə baş verib və saat 11:47-də qeydə alınıb. Zəlzələnin dərinliyi müəyyən edilməyib, lakin onun dayaz olduğu ehtimal olunur.
Sosial mediada insanlar zəlzələnin Donetsk, Zaporojye və hətta Dnepropetrovsk vilayətlərində də hiss olunduğunu bildirirlər.
//Samir Qurbanov, Editor.az