Böyükşor gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sisteminin mövcud olmaması səbəbindən tullantı sularının bir hissəsi birbaşa sözügedən gölə axıdılır.
Publika.az xəbər verir ki, bu barədə ADSEA yanında Suların İstifadəsinə və MühafizəsinəDövlət Nəzarəti Xidmətindən bildirilib.
Bildirilib ki, tullantı suları əsasən göl ətrafında məskunlaşmış əhalinin məişət suları, eləcə də həmin ərazidə fəaliyyət göstərən müəssisələrin istehsalat tullantıları hesabına formalaşır.