AZ

Tehranda etiraz aksiyaları ilə əlaqədar dörd əcnəbi saxlanıldı

2025-ci ilin dekabrında baş verən etirazlarla əlaqədar olaraq Tehranın Bəharestan qəsəbəsində şəxsiyyəti məlum olmayan dörd əcnəbi saxlanılıb.

"Yeni Sabah" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə Tehran əyalətinin qərb bölgəsinin Polis Komandanlığı məlumat yayıb.

Bildirilir ki, onlar gizləndikləri yerə basqın zamanı tapılıblar. Əcnəbilərin çantalarının birində dörd ədəd evdə hazırlanmış elektroşoker də olub. Saxlanılanların vətəndaşlığı açıqlanmayıb.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.


Telegram kanalımız
Seçilən
42
yenisabah.az

1Mənbələr