
ABŞ mətbuatının verdiyi məlumata görə, ABŞ Prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçinin mümkün nüvə sazişini müzakirə etmək üçün cümə günü İstanbulda görüşəcəyi gözlənilir.
ABŞ-ın Axios xəbər portalının məlumatına əsasən, Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin ehtimal olunan nüvə razılaşmasını müzakirə etmək məqsədilə cümə günü İstanbulda bir araya gəlməsi planlaşdırılır.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian nüvə məsələsi ilə bağlı ABŞ ilə danışıqlara başlanılması barədə göstəriş vermişdi.
Axios-un xəbərində qeyd olunur ki, Donald Tramp administrasiyası hələ bu həftənin əvvəlindən görüş keçirməyə hazır olduğunu bildirib. Bu addım 2025-ci ilin iyun ayında İsrailin İranın nüvə obyektlərinə təşkil etdiyi hücumlardan və ondan sonra yaranan gərginlikdən bəri ilk ciddi diplomatik təmas cəhdi kimi qiymətləndirilir.